Real Əmək Haqqı

müqabilində alına bilən nemətlərin, istehlak əmtəə və xidmətlərin miqdarı şəklində hesablanan, müəyyən edilən əmək haqqı.
Real Effektli Məzənnə İndeksi
Real Əmtəə
OBASTAN VİKİ
Minimal əmək haqqı
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Minimum əmək haqqı
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Əmək haqqı fondu
Əmək haqqı fondu — bir müəssisənin işçilərinə ödəməli olduğu əmək haqqının toplamını ifadə edir. Bu fond, işçilərin əmək haqqı, bonuslar, sosial müavinətlər və digər əmək ödənişlərini əhatə edir. == Daxildir == Əmək haqqı fondunun tərkibinə aşağıdakılar daxildir: Əmək haqqı — işçilərin aylıq, həftəlik və ya saatlıq ödənişləri. Bonuslar — illik mükafatlar, hədəf bonusları və ya performansa əsaslanan mükafatlar. Sosial müavinətlər — sığorta, pensiya fondlarına ödəmələr və digər sosial təminatlarla bağlı xərclər. Vergilər — işçi əmək haqqından tutulmalı olan vergilər və işəgötürənin ödəməli olduğu sosial sığorta vergiləri. === Daxil olmayan === Əmək haqqı fonduna təqaüdlər, pensiyalar, xüsusi fondlardan birdəfəlik pul mükafatları, müavinətlər, gündəlik müavinətlər, sosial sığorta müavinətləri, xüsusi geyim xərcləri daxil edilmir. Əmək haqqı fondunun təhlili zamanı fondun planlı və faktiki həcmi müqayisə edilir, maya dəyəri və tənzimləyici yanaşmalardan istifadə edilir, indeks metodundan istifadə edilir. == Əmək haqqı fondunun idarə edilməsi == Planlaşdırma — müəssisələr, maliyyə imkanlarına uyğun olaraq əmək haqqı fondunu planlaşdırmalıdırlar. Təhlil — fondun istifadəsi və işçi məmnuniyyəti arasında balansın qorunması vacibdir.
REAL
Real və ya REAL bu mənaları ifadə edə bilər: Respublikaçı Alternativ Partiyası — Azərbaycanda siyasi partiya. Real (albom) — L'Arc-en-Ciel qrupunun musiqi albomu. Real (Fransa) — Fransada kommuna. Real TV — Azərbaycan televiziya kanalı.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
İsmayıl Haqqı
İsmayıl Hakkı (türk. İsmail Hakkı; 1883, Konstantinopol – 4 iyun 1923, Keşan[d], Ədirnə ili) — Türk hərbçisi və siyasətçisi. 13 mart 1899-cu ildə hərbi məktəbə daxil olmuş və 10 yanvar 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. 1910–1911-ci illər arasında fransız ordusunda təlim keçdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 17 sentyabr 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə təltif edildi. 4 aprel 1923-cü ildə Keşan Jandarma Bölgəsinin müfəttişi olarkən vəfat etdi. "Osmaniyyə" ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 156.
Vicdan haqqı
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
Komissiya haqqı
Komissiya ödənişi (komissiya haqqı) — cəmiyyətdə iqtisadi münasibətlərin müxtəlif sahələrində istifadə olunan iqtisadi və hüquqi termin. Komissiyanı kommersiya əməliyyatında, əməliyyatda vasitəçi kimi işləmək üçün ödəniş adlandırmaq olar, adətən əməliyyat məbləğinin faizi kimi hesablanır. Həmçinin, bu termin müəyyən bank əməliyyatlarını həyata keçirərkən bank tərəfindən tutulan komissiya xidmətlərinin ödənilməsinə aid edilir. == Komissiya müqaviləsində komissiya haqqı == Ödənişlər çox vaxt gəlirin faizindən istifadə etməklə hesablanır ki, bu da firmalara işçilərin maraqlarını firmanın maraqları ilə uyğunlaşdırmağa çalışaraq əsas agent problemini həll etməyə imkan verir. Bununla belə, mənfəətə əsaslanan yanaşmalar və ya mükafata əsaslanan yanaşmalar kimi faizlərdən başqa modellər mümkündür. Komissiyalar satış işçilərinə yalnız saatlıq və ya satış cəhdlərinə görə deyil, satılan məhsul və ya xidmətlərə görə (qismən və ya tam) maaş almağa imkan verir. Komissiya sistemlərinin bir çox növləri olmasına baxmayaraq, ümumi xərclərin idarə edilməsi üçün ümumi metodologiya hədəf gəlir kimi tanınır. Hədəf qazancları satıcının əsas əmək haqqı və gözlənilən komissiyalardır (satıcının kvotaya cavab verdiyini nəzərə alaraq). Qazanc hədəfləri satıcılara şirkətin məqsədlərinə cavab verdikləri təqdirdə gözlənilən ümumi kompensasiyanı təxmin etməyə kömək edir. Əsas və agentin maraqlarını uzlaşdırmağın ən geniş yayılmış yollarından biri agentin fəaliyyətini izləyən stimulların işlənib hazırlanmasıdır.
REAL (hərəkat)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL (2020-ci ilədək ReAl) — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Respublikaçı Alternativ Partiyasının üzvlərinin 71%-i kişi, 29%-i isə qadın olmuşdur. 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. Birinci dəfə təsis qurultayının keçirilməsinə cəhd 29 oktyabr 2017-ci ildə olub. Bu haqda məlumat 24 yanvar 2014-cü ildən elan olunub. Lakin Bakı şəhəri icra hakimiyyəti REAL-ın qurultay üçün yer ayrılması müraciətinə rədd cavabı verdi.
REAL (partiya)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL (2020-ci ilədək ReAl) — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Respublikaçı Alternativ Partiyasının üzvlərinin 71%-i kişi, 29%-i isə qadın olmuşdur. 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. Birinci dəfə təsis qurultayının keçirilməsinə cəhd 29 oktyabr 2017-ci ildə olub. Bu haqda məlumat 24 yanvar 2014-cü ildən elan olunub. Lakin Bakı şəhəri icra hakimiyyəti REAL-ın qurultay üçün yer ayrılması müraciətinə rədd cavabı verdi.
Real (albom)
Real — L'Arc~en~Ciel qrupunun albomudur.
Real Aykido
Real Aykido müasir aykidonun bazasında yaradılmış effektli və geniş tətbiqə malik özünümüdafiə sistemidir. Real Aykidonun yaradıcısı 10 DAN qara kəmər sahibi, Real Aykido və Ciu-Citsu üzrə akademik Lyubomir Vraçareviçdir. Onun çoxillik təcrübəsi, Yaponiyanın ən yaxşı ustalarından aldığı biliyi sayəsində yüzlərlə texnika ayırmış, dəyişikliklər etmiş və digər döyüş növlərindən aldığı bilikləri əsasında öz aykido stili - real aykidonu yaratmışdır. Real aykido - olduqca effektiv və sərt özünümüdafiə sistemidir. Real aykidonun məhz sərtliyi onun ən vacib amillərindən biridir. Texnikaların kombinasiyası onun konkret vəziyyətlərdə maksimum effektivliyinə nail olmağa imkan verir. Bir texnikadan digərinə keçməklə həmin şəxsin hansı texnikanı istifadə etmək istəyi mümkün olur. Beləliklə, həddsiz imkanları praktikada real aykidonu çoxtərəfli tətbiq etməyə imkan verir. Bu döyüş sənətini ilə məşğul olmaq üçün yaş məhdudiyəəti mövcud deyil. İstənilən yaşda olan hər bir şəxs real aykido ilə məşğul ola bilər.
Real Madrid
Real Madrid FK (isp. Real Madrid Club de Fútbol) — İspaniyanın Madrid şəhərini təmsil edən peşəkar futbol klubu. FIFA tərəfindən XX əsrin ən yaxşı futbol klubu seçilib. "Real Madrid" İspaniyanın ən yüksək futbol çempionatını heç vaxt tərk etməyən 3 klubdan ("Barselona" və "Atletik Bilbao") biridir. İspaniya futbol tarixinin ən titullu klublarından biridir. "Real Madrid"in hesabında ölkə daxilində 67 titul var: 35 dəfə (rekord sayda) İspaniya Çempionu, 20 dəfə İspaniya Kral Kubokunun qalibi və 13 dəfə İspaniya Super Kubokunun qalibidir. UEFA Çempionlar Liqasını hamıdan çox 15 dəfə qazanan klub "Real Madrid"dir. "Real Madrid" bu kuboku 5 dəfə arxa-arxaya (turnirin adı UEFA Avropa Çempionlar Kuboku adlanan zaman) qazanan yeganə klubdur. "Real Madrid" turnirin adı UEFA Çempionlar Liqası adı altında keçirilməyə başlayandan bəri bu mötəbər yarışı 3 dəfə arxa-arxaya qazanan yeganə klubdur. "Real Madrid" 5 dəfə UEFA Super Kubokunu, 2 dəfə UEFA Kubokunu, 2 dəfə UEFA Kuboklar Kubokunu, 8 dəfə FİFA Klublararası Dünya Çempionatını (bunlardan 3-ü turnir Qitələlərarası Kubok adlananda) qazanıb.
Real Saraqosa
Real Sociedad
"Real Sosyedad" — İspaniyaın peşəkar futbol klubu. Real Sociedad, İspaniyada bir Bask şəhəri olan San Sebastianın futbol komandasıdır. Mavi-ağ rənglərə sahib olan komanda La Liqayada mübarizə edir. Matçlarını 32.000 tamaşaçı tutan Estadio Anoetada stadionunda keçirir. 2002-03 mövsümündə La Liqada Nihat Kahveçi, Darko Kovačević, Aitor López Rekarte, Xabi Alonso və Sander Westerveld kimi əhəmiyyətli oyunçularıyla həftələrcə lider olmuşdu. 4-2 məğlub etdikləri Real Madrid komandasıyla son ana qədər çempionluq mübarizəsini davam etdirmiş ancaq rəqiblərinin 29. liqa çempionluğunu qazanmalarına maneə ola bilməyib liqanı 2. sırada tamamlamışlar. 2003-04 UEFA Çempionlar liqasında qrupdan 2-ci olaraq çıxmışlar və 2. dövrdə Olimpik Lyon komandasına uduzmuşdular.
Real Sosyedad
"Real Sosyedad" — İspaniyaın peşəkar futbol klubu. Real Sociedad, İspaniyada bir Bask şəhəri olan San Sebastianın futbol komandasıdır. Mavi-ağ rənglərə sahib olan komanda La Liqayada mübarizə edir. Matçlarını 32.000 tamaşaçı tutan Estadio Anoetada stadionunda keçirir. 2002-03 mövsümündə La Liqada Nihat Kahveçi, Darko Kovačević, Aitor López Rekarte, Xabi Alonso və Sander Westerveld kimi əhəmiyyətli oyunçularıyla həftələrcə lider olmuşdu. 4-2 məğlub etdikləri Real Madrid komandasıyla son ana qədər çempionluq mübarizəsini davam etdirmiş ancaq rəqiblərinin 29. liqa çempionluğunu qazanmalarına maneə ola bilməyib liqanı 2. sırada tamamlamışlar. 2003-04 UEFA Çempionlar liqasında qrupdan 2-ci olaraq çıxmışlar və 2. dövrdə Olimpik Lyon komandasına uduzmuşdular.
Real TV
Real TV — 2019-ci il aprelin 23-də Milli Televiziya və Radio Şurasının iclasında daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqənin qalibi elan edilib və ona 37-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib. 18 iyul 2016-cı ildə fəaliyyəti dayandırılmış ANS TV-nin vitse prezidenti Mirşahin Ağayev 2018-ci ilin əvvəllərində yeni kanalının adını "Real TV" olaraq açıqlayıb. Əvvəlcə, 28 fevral 2018-ci ildən etibarən peyk televiziyası ilə fəaliyyətə başlayır. Həmin gün “Real TV” adlandırılacaq kanalın yayımı üçün texniki işlər artıq başa çatıb. Belə ki, yeni kanalın fəaliyyəti üçün paytaxtın mərkəzində yeni ofis götürülüb. 5 mart 2018-ci ildə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Həmin iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. Beləcə, Mirşahin Ağayev “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru seçilib. Həmin gün test yayımına başladı.
Real Valyadolid
Real vaxt
Real vaxt — Hansisa bir informasiyanin dəqiq vaxtinda catdirilmasidir. Real vaxt termini informasiyanin işlənməsi sistemde o vaxt tətbiq olur ki, sistem təminatli vaxt reaksiyasina malik olsun yəni müəyyən olunmuş vaxti aşmamalidir. Real vaxt olan əməliyyat sistemləri müəyyən vaxt ərzində sistemin reaksiyasina təminat verir. Bu vaxt milli saniyələrlə ölcülür. Real vaxt olan əməliyyat sistemləri əsasən neft və qaz çixarilmasi, nəqilyatin avtomatlaşdirilmasi kimyəvi proseslərin, maşinqayirma və metalligiya proseslərində, bank və energetikada və.s tətbiq olunur. Real vaxt iki yerə bölünür 1) Mütləq vaxt: 2) Nisbi vaxt: Mütləq vaxt Qoyulan vaxt intervalinda cavab verilməlidir. Məsələn : yanğin zamani yanğin sistemlərinə cavab reaksiyasi . Nisbi vaxt Qoyulan vaxt ərzində ortalama cavab verir. Məsələn : printerə iki fayl çapi göndərsək hansi tez zamanda çixarmasidir. Real vaxt olan əməliyyat sistemlərinin sürətli işləməsi üçün iki metod var.
Real gəlir
Real gəlir — fərdlərin və ya dövlətlərin inflyasiya əsasında düzəlişlər edildikdən sonra əldə alınan gəlirləri. Bu, nominal gəlirin qiymət səviyyəsinə bölünməsi ilə hesablanır. Real gəlir və real ÜDM kimi real dəyişənlər fiziki vahidlərlə, nominal gəlir və nominal ÜDM kimi nominal dəyişənlər isə pul vahidləri ilə ölçülür. Buna görə real gəlir rifahın daha faydalı göstəricisidir, çünki o, gəlirlə alına biləcək əmtəə və xidmətlərin miqdarını ölçür.
REAL (dəqiqləşdirmə)
Real və ya REAL bu mənaları ifadə edə bilər: Respublikaçı Alternativ Partiyası — Azərbaycanda siyasi partiya. Real (albom) — L'Arc-en-Ciel qrupunun musiqi albomu. Real (Fransa) — Fransada kommuna. Real TV — Azərbaycan televiziya kanalı.
"Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. == Statusu == Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək Məcəlləsi
Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək məhsuldarlığı
Əmək məhsuldarlığı — əməyin səmərəliliyini xarakterizə edən göstərici. Əmək məhsuldarlığı bir işçinin vaxt vahidində istehsal etdiyi məhsulların sayı ilə ölçülür. Tərs dəyər — əmək intensivliyi — istehsal vahidinə sərf olunan vaxtın miqdarı ilə ölçülür. Tipik olaraq, iqtisadi statistikada əmək məhsuldarlığı faktiki əmək məhsuldarlığına aiddir, lakin iqtisadi kibernetikada, xüsusən də Stefford Birin həyat qabiliyyətli sistemlər modelində faktiki və potensial əmək məhsuldarlığı anlayışları təqdim olunur. Müəssisədə dövriyyə vəsaitlərinin istifadəsinin ən mühüm göstəriciləri dövriyyə vəsaitlərinin dövriyyəsi və bir dövriyyənin vaxtı ilə bağlı normativlərdir. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi şirkətin dövriyyə vəsaitlərinin dövriyyədən azad edilməsinə gətirib çıxarır. Əksinə, dövriyyənin ləngiməsi müəssisənin dövriyyə vəsaitlərinə tələbatının artmasına səbəb olur. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsinə aşağıdakı amillərdən istifadə etməklə nail olmaq olar: dövriyyə vəsaitlərinin artım tempi ilə müqayisədə satış həcmlərinin daha sürətli artım tempi; təchizat və satış sisteminin təkmilləşdirilməsi; məhsulların material və enerji intensivliyinin azaldılması; məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi; istehsal tsiklinin müddətinin azaldılması və s.Əmək məhsuldarlığının yüksəldilməsi məhsul vahidinin istehsalına və ya vaxt vahidinə əlavə istehsal edilmiş məhsulun miqdarına əmək məsrəflərinə (iş vaxtına) qənaət deməkdir ki, bu da əmək məhsuldarlığının artmasına birbaşa təsir göstərir. istehsalın səmərəliliyi, çünki bir halda cari istehsal xərcləri “Əsas istehsalat işçilərinin əmək haqqı” maddəsi üzrə azaldılmış istehsal vahidləri, digərində isə vaxt vahidi üçün daha çox məhsul istehsal olunur. Faktiki əmək məhsuldarlığı (məhsuldarlığı) əmək intensivliyi ilə tərs mütənasibdir və düsturdan istifadə edərək birbaşa müşahidə olunan məlumatlar əsasında müəyyən edilir: P f a c t = Q f a c t t f a c t {\displaystyle P_{fact}={Q_{fact} \over t_{fact}}} burada Q f a c t {\displaystyle Q_{fact}} — verilmiş məhsul növünün ölçü vahidlərində faktiki çıxışdır, t f a c t {\displaystyle t_{fact}} — zaman vahidlərində canlı əməyin faktiki dəyəridir.